Milli Məclisin sədri Oqtay Əsədov Almaniya Bundestaqında Xristian Demokratik İttifaqı (XDİ)- Xristian Sosialist İttifaqı (XSİ) fraksiyasının sədr müavini, deputat Andreas Şokenhoffu qəbul edib.
Parlamentin sədri qonağı salamlayaraq Azərbaycanın Almaniya ilə əlaqələrinin inkişafına böyük önəm verdiyini vurğulayıb, qeyd edib ki, iki ölkə arasında müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsi əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Hüquqi, dünyəvi, demokratik yolla inamla addımlayan Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də Avropaya inteqrasiyadır. Bu baxımdan Avropa Birliyinə daxil olan ölkələrlə ikitərəfli əlaqələrin dərinləşməsi ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Bu gün biz AŞ PA və digər nüfuzlu qurumlar çərçivəsində sıx əməkdaşlıq edirik. Avronest çərçivəsində əlaqələrimizin davamlı inkişafı da bu məqsədə xidmət edir”.
Spiker Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətlər, vətəndaş cəmiyyətinin inkişafı yolunda atılan addımlar, Avropaya inteqrasiya proseslərinin dərinləşməsi istiqamətində görülən işlər və bu proseslərə mane olan məsələlər barədə fikirlərini açıqlayıb.
Andreas Şokenhoff ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını deyib, bildirib ki, səfərin məqsədi müstəqil Azərbaycanın bölgədəki ölkələrlə münasibətləri, təhlükəsizlik və regiondakı ictimai-siyasi vəziyyət barədə danışıqlar aparmaqdır.
Nemət