20 Sentyabr 2014 10:25
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 20-də Azərbaycan Respublikasına səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hava limanında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev və digər rəsmi şəxslər qarşıladılar.


Müəllif: