22 Sentyabr 2014 12:48
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclər arasında döyüşçü qadınlarımızın tanıdılması və təbliği” layihəsi çərçivəsində növbəti tədbir keçirib.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində düşmənlə döyüşdə şücaət göstərmiş şəhid Qaratel Hacımahmudova barədə məlumatın yer aldığı bukletin təqdimatı ilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində fəaliyyəti barədə danışıb. O, Qaratel Hacımahmudovanın həyat və döyüş yolunun gənclər arasında təbliğ edilməsinin, bu döyüşçü xanımın daha yüksək ada layiq görülməsinin zəruri olduğunu vurğulayıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər