“Kamil Vəli Nərimanoğlu Əkrəm Əylisi və Cəmil Həsənli eyni xarakterli adamlardı”
AXCP sədrinin müavini Kamil Vəli Nərimanoğlunun müxalifəti təhqir etməsinə dair yazsına daha bir cavab gəlib. BAXCP sədrinin ictimai-siyasi məsələr üzrə müavini Niyaməddin Orduxanlı bununla bağlı mətbuata acıqlama verib. Onun sözlərinə görə, Kamil Vəli Nərimanoğlu ikiüzlü adamdır:” Bu adam utanmadan 65 yaşında özünü düşük yerinə qoyub. Əli Kərimlinin əl buyruğçusu olub. Özü də yaxşı bilir ki, 1993-cü ildə Kamil Vəli Heydər Əliyevin keçirdiyi müşavirədə yaltağ sifəti ilə başını əyəndə Əli Kərimli Kəlikidə onun haqqında hansı təhqirləri edirmiş. Əbülfəz bəy hakmiyyətdən gedəndən sonra bu adam yeganə adam olub ki, prezident Əbülfəz Elçibəyin istefa ver çağrışına əməl etməyib. O vaxt bu adam baş nazırın müavni vəzifəsini daşıyırmış. Ancaq bütün yaltaqlığına baxmayaraq mərhum Heydər Əliyev bu adamı vəzifəsindən qovdu. Aztv-nin arxivində bu yaltağın kadları var. Kim istəsə götürüb baxa bilər. Guya bu adam BAXCP sədri Qüdrət Həsənquliyevə cavab verib. Bu adam Qüdrət bəyin bununla bağlı dediyi faktların heç birini təkzib etməyib. Qüdrət bəy deyib ki, indi müavin olduğun Əli Kərimlini bir neçə il bundan qabaq “YeniMüsavat” qəzetində təhqir edib “zurnaçı” adlandıran, prezident Əbülfəz Elçibəyin çağrışına əhəmiyyət verməyən, Heydər Əliyevə yaltağlanan olmamısan?!. Olmayıb bu hadisələr? İndi bir qrup gənclər bu faktları bilməz, ancaq o illərin içində olan və buna şahidlik edən xeyli insanlar var. Sənin əsl simanı bu gəcnlər də bilməlidir. Özünü “qəhrəman” kimi bu gənclərə sırıma. Elə sənin sədrin Əli Kərimli də vaxti ilə Heydər Əliyevə yalvarırdı ki, onu hansısa bir ölkəyə səfir göndərsin. Kimdə bilməsə , Əli Kərimli dəqiq bilir ki, Əbülfəz Elçibəy haqqında ən iyrən sözləri ona sən demisən və o da bunları mətbuatda yaydırıb. Əli Kərimlinin sahib olduğu “Məkan” qəzetində Əbülfəz Elçəbəylə bağlı gedən o yazıları sən demişdin, Əli Kərimliyə?! Yadına düşdü?”.
Niyaməddin Orduxanlı Kamil Vəlinin unversitetdə işlədiyi dövrdü məşhur ləqəb sahibi olduğunu da xatırladıb:” Həmin illərdə oxuyan tələbələr yaxşı bilir ki, Kamil Vəliyə hansı əməlinə görə ləqəb qoymuşdular. Doğurdan da elə osan! Özü və bunun ləqəbini bilən adamlar başa yaxşı başa düşdü nə dediyimi. İndi sən mənəviyyatdan danışırsan?! Kamil Vəli hakmiyyət gəlmək üçün istənilən addımı atmağa hazır olan insanlardandır. Özünü müxalifət adalandırır. Sən maraq müxalifətisən. Zorən müxalifətçilik edirsən. “
Bəxtiyar Məmmədli