24 Sentyabr 2014 10:03
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı ölkəmizin Çexiyadakı səfirliyinin notasına Çexiya Xarici İşlər Nazirliyi cavab verib.

Teleqraf.com-un xəbərinə görə, XİN-in mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyevin yaydığı açıqlamada qeyd olunur ki, notada Çexiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın ərazi bütövlüyü prinsipini tam dəstəklədiyini təsdiq edir və Dağlıq Qarabağda xarici qurumların biznes fəaliyyətinə qadağa qoyulmasına dair Azərbaycanın mövqeyini bölüşdüyünü bildirib.

Çexiyanın Xarici İşlər Nazirliyi “GENOSERVİCE Corp., Ltd.” şirkətinin Dağlıq Qarabağdakı fəaliyyəti ilə əlaqəli olmadığını bəyan edib və Azərbaycan tərəfini əmin edib ki, “GENOSERVİCE Corp., Ltd.” şirkətinin layihələrinin Çexiyanın dövlət təsisatları olan İxrac Bankı, İxrac Zəmanəti və Sığorta Korporasiyası vasitəsilə maliyyələşdirilməsinin və sığortalanmasının qarşısı alınacaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər