24 Sentyabr 2014 19:31
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində BMT Baş Məclisinin prezidenti Sam Kutesa ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a daxil olan məlumata görə, görüş zamanı BMT Baş Məclisinin 69-cu sessiyası və onun gündəliyində duran aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

E.Məmmədyarov Azərbaycanın fəal üzv dövlət kimi 69-cu sessiya ərzində də BMT Baş Məclisi və onun komitələrinin işində fəal iştirak edəcəyini deyərək, “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı gündəlik maddəsinin 69-cu sessiyanın gündəliyində olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun doğurduğu fəsadlar haqqında məlumat verən E.Məmmədyarov münaqişə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının və BMT Baş Məclisinin qətnamələrinin tələblərinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

BMT Baş Məclisinin prezidenti Sam Kutesa 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycanın fəaliyyətinin və Afrika qitəsinə aid məsələlərə göstərdiyi diqqətin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. O, əminliyini ifadə edib ki, 69-cu sessiya çərçivəsində də Azərbaycanla sıx əməkdaşlıq davam etdiriləcək.

Səxavət


Müəllif:

Oxşar xəbərlər