“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqəti əks etdirən əsərlərin yazılması böyük əhəmiyyət kəsb edir”. Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
B.Əliyev bildirib ki, bəzi dairələr bu münaqişəni sivilizasiyalararası problem kimi təqdim etməyə çalışır. Onun sözlərinə görə, bu heç də belə deyil.
“Dağlıq Qarabağ münaqişəsi sivilizasiyaların toqquşması deyil. Ermənistan hər zaman problemə müxtəlif don geyindirməyə çalışıb. Amma dövlətimizin səyləri, həyata keçirdiyi siyasət nəticəsində işğalçı dövlət ifşa olunur. Bu mənada Qarabağ həqiqətləri ilə bağlı nəşr olunan elmi-tarixi əsərlər də mühüm əhəmiyyət kəsb edir” – deyə, B.Əliyev qeyd edib.
Səxavət