25 Sentyabr 2014 19:36
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eks-spiker Rəsul Quliyev müxalifəti yenə tənqid edib.

Teleqraf.com-un məlumatına görə, R.Quliyev bu dəfə Müsavat, KXCP, Azad Demokratlar Partiyasının da təmsil olunduğu Birləşmiş Hüquq Müdafiə Mərkəzinin bostanına daş atıb. O, sözügedən təşkilatın qəbul etdiyi “Demokratiya müdafiəsi haqqında” Xartiyaya münasibətini açıqlayıb: “Antik Yunanıstandan başlayaraq bu günə qədər 3 min ildir ki, demokratiyanın məqsədi, formaları, keçid yolları və sair öz izahını müəyyənləşdirib. Sözsüz ki, bütün bunlar bundan sonra da inkişaf edəcək. Sual olunur ki, Azərbaycanda yazılmış xartiya sənədində demokratiya ilə əlaqədar nə isə bir ixtira var? Fikrimcə yoxdur. Maraqlıdır ki, hansı səbəbdən bu sənəd xartiya adlandırılır?”.

R. Quliyevin fikrincə, müxalifət bu addımı özünü məmnun etmək üçün atır:

“Bu xartiyalarda əgər hökumət iştirak etmirsə, o sənədin beş qəpiklik əhəmiyyəti yoxdur. Bu sənəd maksimum - məsələn 5 ildən sonra, “mən o vaxt belə bir sənədə imza atmışdım” deyib özünü məmnun hiss etməkdən başqa heç bir şeyə yaramır. Hər halda yaşı 40-ı keçmiş insanların belə bir kağız parçasına qol çəkməsi ciddi deyil”.

Kəmalə


Müəllif:

Oxşar xəbərlər