29 Sentyabr 2014 20:48
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xəzəryanı ölkələrin limanlarının fəaliyyətinin koordinasiya olunmasında israr edir.

APA-nın Rusiya bürosunun məlumatına görə, bunu Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev mətbuat üçün açıqlamasında deyib.

"Bizim üstünlüyümüz ondadır ki, biz iqtisadi cəhətdən özümüzü təmin edən ölkələrik. Bizim ölkələrdə ciddi maliyyə probemləri mövcud deyil. Biz infrasturtura böyük investisiyalar yatıra bilərik və bunu edirik. Vladimir Vladimiroviç nəqliyyat infrastrukturunun gələcək inkişafının vacibliyini qeyd etdi. Mən isə öz çıxışımda qeyd etdim ki, Azərbaycanda bu sahədə nələr edilir. Fikrimcə, növbəti mərhələdə bizim nəqliyyatçıların fəaliyyətinin koordinasiyası məsələsinə baxmaq vacibdir. O cümlədən, şimal-cənub, şərq-qərb arasında maneəsiz nəqliyyatın yaradılması üçün limanlarımızın fəaliyyətinin koordinasiyasına baxmaq lazımdır",- deyə dövlət başçısı bildirib.


Müəllif:

Oxşar xəbərlər