Bahar Muradova: “Əgər şübhə olacaqsa, o zaman onların torlarına düşmüş olacağıq”
Milli Məclisin vitse-spikeri Bahar Muradova da son zamanlar Azərbaycanla bağlı beynəlxalq qurumların atdığı addımları qiymətləndirib: “Əgər kimsə düşünürsə ki, yalnız 5-6 nəfərin məsələsində güzəştə gedilməsi ilə Avropa Parlamenti və digər sifarişli qərar qəbul edən beynəlxalq qurumlar təzyiqləri dayandıracaqlar, o zaman bu, yalnış düşüncə olardı. Beynəlxalq təşkilatlarda iştirak edən və ən çox rəsmi şəxslərlə görüşən biri olaraq deyə bilərəm ki, qırmızı xəttlə keçən bir fikir var ki, Azərbaycan özündən razı siyasət yeridir. Bu fikirdə olanlar bizim müstəqil siyasətimizi özündən razılıq kimi qəbul edirlər. Onların əsas istəyi özündən razı olan kiçik bir dövlət kimi bizi cəzalandırmaqdır. Digər tərəfdən bu kimi addımlar onların qarşılarında alət olmamağımızdan irəli gəlir. Təbii ki, bu fərqi ayırd etmək elə də çətin deyil. Azərbaycan müstəqil ölkədir. Nə qədər ki, ölkəmizdə müxtəlifyönlü QHT-lər fəailiyyət göstərir, o zamana kimi belə siyahılar olub və bundan sonra da olacaq”.
Sədr müavini əlavə edib ki, Azərbaycanın tutduğu yola heç kimin şübhəsi olmamalıdır: “Əgər şübhə olacaqsa, o zaman bununla da biz onların torlarına düşmüş olacağıq. Eyni zamanda beynəxlaq dairələrin və oradakı zərərli fəaliyyətlə məşğul olan bir sıra təşkilatların əlində alətə çevrilmiş olacağıq ki, bunu da nə xalqımız, nə də ölkəmiz istəmir. Bizim əsas istəyimiz odur ki, Azərbaycanda bu sahədə şəffalıq olsun. Hər kəsin maliyyə qaynaqları açıq şəkildə göstərilməlidir. Ölkədəki QHT-lərin fəaliyyətinə sərf etdiyi maliyyə barədə hesabat verməyin zəruridir. Dövlət qurumlarının qrant alması ilə bağlı deyilən fikirlərlə razılaşmaq olmaz. Digər və haqqında danışdığımız bizi narahat edən qurumlardan fərqli olaraq, hökumət qurumları açıq və şəffaf şəkildə bu kimi qrantları alırlar. Ona görə də hansısa marağımıza görə heç bir hökumət təşkilatlarımızın xarici dairələrin əlində siyasi və başqa alətə çevrilməsinə dözə bilmirik. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün bu və ya digər nöqsanların aradan qaldırılmasında ancaq səbr və təmkin nümayiş etdiririk. Öz optimist siyasətimizi bizə qarşı təzyiqlərin əlinə vermək düzgün deyil. QHT-lərin qrant və maliyyə fəailiyyətini şəfaflığı təmin etmək məqsədi ilə mövcud qanunda dəyişikliklərin edilməsini dəstəkləyirəm. Hər birimizin məsuliyyət hissini artıra bilən dəyişiklikləri yazılı şəkildə həyata keçirməliyik. Çünki bu bizim müstəqil dövlətimizin qorunması üçün atılan addımlardan biridir”.
Nemət