1 Dekabr 2020 14:25
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Aşağı Öysüzlü kəndi ərazisində kənd sakini Ə.Hüseynov idarə etdiyi “KrAZ” markalı avtomobillə yolu keçən həmkəndlisi Mehman Məmmədovu vurub.

Piyada aldığı xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Tovuz rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov