Xarici işlər naziri Elmar Məmmədyarov Avstriya parlamentinin birinci vitse-spikeri Karlheynz Kopfu qəbul edib.
Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı ikitərəfli əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin vacibliyi vurğulanıb və iqtisadi, ticarət, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.
Səxavət