13 Dekabr 2020 09:29
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi Yevlaxda baş verə qəza ilə bağlı məlumat yayıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, Yevlax şəhəri ərazisində “Mercedes” markalı yük avtomobili yol kənarında dayanmış "Mercedes" markalı yük avtomobilinə çırpılıb.

Hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Cabbarova Firuzə İsmayıl qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Hacı Zeynalov