Ağdam rayonunun Bənövşələr qəsəbəsində yaşayan 54 yaşlı Ehtibar Rzayev 12 oktyabr 2020-ci il tarixdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bundan başqa, Ağdam rayonun İmamqulubəyli qəsəbəsində yaşayan 24 yaşlı Nərgiz Nəcəfova 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Qeyd olunub ki, şəkildə gördüyünüz bu şəxsləri tanıyanlardan və ya barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə və ya Ağdam rayon polis şöbəsinə (0-2632-5-02-02) telefon nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.