8 Fevral 2021 12:31
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlax rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Yevlax rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Qarayev saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin, yaşadığı evə baxış zamanı oradan 1 kiloqrama yaxın marixuana, 295 qramdan artıq tiryək və 94 qrama yaxın metamfetamin aşkar edilib.

Bundan başqa, Oğuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tərkeş kəndi ərazisində Qəbələ rayon sakinləri D.Piralov və R.Balari qanunsuz ov etdikləri üçün saxlanılıblar.

Onlardan 2 ədəd “İJ” markalı ov tüfəngləri, 36 ədəd patron, və digər ov ləvazimatları götürülüb.

Samux rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Nəbiağalı qəsəbə sakini R.Namazovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov