23 Fevral 2022 10:35
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabadda işlədiyi təsərrüfatın anbarından 7000 manat dəyərində noxud oğurlayan rayon sakini saxlanılıb. Həmin şəxsin oğurluğu qohumları ilə birlikdə etdiyi müəyyən edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Cəlilabad rayonu sakini olan bir nəfər polisə müraciət edərək ona məxsus anbardan 1700 kiloqram noxudun oğurlanması barədə məlumat verib.

Cəlilabad rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, həmin təsərrüfatda işləyən Seymur Qurbanov və qohumları Elşən Məmmədov və Şahmar Şahmarov müəyyən edilərək saxlanılıblar.

Ayrı-ayrı vaxtlarda gecə saatlarında həmin anbardan oğurladıqları noxudu S.Qurbanovun idarə etdiyi traktorla daşıyaraq satdığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər