5 Aprel 2022 15:44
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Laçın rayon polis şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdə döyüş sursatlarının aşkar olunaraq təhvil verilməsi istiqamətində mütəmadi profilaktiki tədbirlər aparılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Laçın rayon polis şöbəsinin əməkdaşları Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində xidmət apararkən erməni hərbi birləşmələrinin tərk etdikləri mövqelərdən 4 pulemyot, 3 qumbaraatan, 1 tank əleyhinə idarə olunan raket, 40 daraq, 3500 müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edərək götürüb və aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Hacı Zeynalov