20 Aprel 2022 10:14
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Metropoliteni" QSC-nin əməkdaşı, 1961-ci il təvəllüdlü Vamiq Həsənov ürəktutmadan vəfat edib.

Bu barədə Teleqraf.com-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında "28 May" stansiyasında baş verib: "Stansiyalara giriş açılmazdan əvvəl süni qurğular təmirçisi V. Həsənov gecə növbəsindən işdən çıxarkən ürək çatışmazlığından dünyasını dəyişib. Onun ürəyində narahatlığı olub və bundan öncə infarkt keçirib".


Müəllif: Teleqraf.com