28 Aprel 2022 10:13
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 27-də, saat 19 radələrində Cəlilabad rayonu, Qarazəncir kənd sakini, 1988-ci il təvəllüdlü Cəmil Bayramovun yaşadığı kənd ərazisində xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf.com-a Cəlilabad rayon Prokurorluğundan bildirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1982-ci il təvəllüdlü Çingiz Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Cəmil Bayramovun baş və kürək nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Çingiz Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

10:02

Cəlilabad rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Cəlilabad rayon polis şöbəsinə aprelin 27-də Qarazəncir kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Çingiz Bayramovun münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Cəmil Bayramovun baş və bel nahiyələrinə balta ilə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ç.Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov