Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində Oğuz Rayon Polis Şöbəsi, DİN-in Daxili Qoşunları və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, rayonun Bucaq kəndi ərazisindəki meşə massivinə baxış keçirilən zaman oradan döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 78 ədəd avtomat patronu aşkarlanaraq götürülüb. Götürülən qumbara təhlükəsiz əraziyə götürülərək zərərsizləşdirilib.