3 İyun 2022 10:46
664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə rayon ərazisindəki hostellərin birində əcnəbi vətəndaşın çantasından 6.000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş O.Abdullayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov