21 İyun 2022 11:14
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Eldar Salayev vəfat edib.

Teleqraf.com xəbər verir ki, Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlib.

1970–1973-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini, 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. 1979-cu ildən professordur. 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983–1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti seçilib.

Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvüdür.

O, 1983–1997-ci illərdə Azərbaycan EA-nın prezidenti, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972) olub.


Müəllif: Teleqraf.com