25 İyun 2022 12:38
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, hadisə zamanı 90 MJ 279 DQN-lı sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Avtobus “Kənan-2000” şirkətinin müvəqqəti istismarında olan 70 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edirmiş.

Daşıyıcı şirkətin direktoru Əbülfət Bayramov bildirib ki, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən xəsarət alan olmayıb.


Müəllif: Teleqraf.com