29 İyul 2022 16:20
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 28-i axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində dənizdə batdığı bildirlən 2 nəfərin axtarışına Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 13 nəfər şəxsi heyəti və 3 ədəd texnikası cəlb olunub.

Bu barədə Teleqraf.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Axtarışlar davam etdirilir.

11:31

Xəzər dənizində batan şəxslər Nicat Allahverdiyev və Sübhan Zöhrabovdur.

Nicat Allahverdiyevin atası Hüseyn Allahverdiyev Birinci Qarabağ müharibəsində, 1993-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub. Sübhan Zöhrabov isə Vətən müharibəsi qazisidir.

Hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu tərəfindən hər iki şəxsin axtarışları davam etdirilir. /Bizim.media

10:52

Xəzər dənizində balıq tutan 2 nəfər batıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 28-i axşam saatlarında FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batmaları barədə məlumat daxil olub.

Məlumat alındıqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” Dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Havanın qaralması səbəbindən axtarışlar axşam saatlarında müvəqqəti dayandırılıb.

Küləkli hava şəraiti və dənizin dalğalı olması axtarış işlərini çətinləşdirsə də FHN-in dalğıc-axtarış qrupu bu gün səhər saatlarından etibarən yenidən axtarışlara başlayıb.

Eyni zamanda, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin hadisə baş vermiş ərazinin yaxınlığındakı sahil məntəqələrində xidmət aparan şəxsi heyəti də axtarışlar aparır.

Əlavə məlumat veriləcək.


Müəllif: Teleqraf.com