1 May 2023 09:27
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəki şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbiri nəticəsində üzərind qanunsuz odlu silah-sursat gəzdirən şəxs tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Şöbəyə Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş Söhrab Məmmədovun Şəki rayonu ərazisində üzərində odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Həmin şəxsin üzərinə baxış keçirilən zaman “Makarov” markalı tapança, 4 ədəd patron və daraq aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində tapançanı bir müddət əvvəl Mingəçevir şəhərində yaşadığı binanın zirzəmisindən tapdığını və Şəki rayonuna isə qohumlarıgilə qonaq gəldiyini bildirib.

S.Məmmədovdan götürülən tapança və patronlar ekspertizaya təqdim olunub, ekspertizanın da rəyinə əsasən sihahın atəşə tam yararlı olduğu müəyyən edilib.

Faktla bağlı Şəki şəhər rayon polis şöbəsində cinayət işi başlanılıb.

Odlu silahın hər hansısa bir cinayətdə istifadə edilib-edilməməsi ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

Məhkəmənin də qərarı ilə S.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər