14 İyun 2023 09:21
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara sakinindən 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Astara rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ərçivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Hüseynov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində İ.Hüseynovun yaşadığ Ərçivan qəsəbəsinin ərazisindəki köhnə tikilidə gizlətdiyi sellofan torbada 4 kiloqram heroin və 1 kiloqramdan artıq metamfetamin aşkarlanıb.

Həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satışını təşkil etmək məqsədilə əldə etdiyi müəyyən olunub.

İ.Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov