13 İyul 2023 09:48
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara sakinindən tapança və psixotrop maddə aşkarlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Astara rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah, döyüş sursatı və psixotrop maddə əldə edərək daşımaqda şübhəli bilinən rayonun Səncərədi kənd sakini, əvvəllər məhkum olunmuş Tofiq Bayramov saxlanılıb.

Şəxsi axtarış zamanı onun üzərindən 1 ədəd kustar üsulla hazırlanmış revolver tipli odlu silah, həmin silahda istifadə olunması üçün nəzərdə tutulan 4 ədəd patron və psixotrop maddə metamfetamin aşkarlanıb.

T.Bayramov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Astara rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov