1 Avqust 2023 14:09
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunda atasını qətlə yetirməkdə ittiham olunan Rəşad Əliyev həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

***

12.01

Avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən onun oglu, 1977-ci Rəşad hadisə yerindən uzaqlaşıb.

Onun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.


Müəllif: Hacı Zeynalov