2 Avqust 2023 17:02
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Teleqraf.com-a Astara rayon prokurorluğundan bildirilib.

Xəbər verildiyi kimi avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini 1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

İstintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Rühəngiz Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, avqustun 1-də Qubad Əliyevin oğlu 1977-ci Rəşad tərəfindən qətlə yetirilməsi barədə məlumat yayılıb. Daxili İşlər Nazirliyinin avqustun 1-də yaydığı məlumata görə, avqustun 1-də saat 10 radələrində Astara rayonu Çürkəş kəndində evlərin birində 1952-ci il təvəllüdlü Əliyev Qubad Cümşüd oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Həmin məlumatda qeyd olunub ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun oglu, 1977-ci Rəşad hadisə yerindən uzaqlaşıb.

Daha sonra isə Rəşad həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər