22 Fevral 11:51
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda avtomobildən külli miqdarda pul oğurlanıb.

Teleqraf.com xəbər verir ki, fevralın 12-də Lökbatan qəsəbəsi ərazisində yük avtomobilindən içərisində sənədlər, 100 manat, 6400 ABŞ dolları, 350 Avro və 10000 lirə olan çantanın qeyri-aşkar şəraitdə oğurlanması barədə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Mahir Ağayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov