22 Fevral 22:01
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün axşam saatlarında Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürətli sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub.

Bu barədə Teleqraf.com-a ADY-dən bildirilib.

Qeyd edilib ki, əraziyə cəlb olunan ADY-nin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılıb və qatarın hərəkəti bərpa olunub.

Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə edilib.

“Bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı paylaşılmış xəbərlər həqiqəti əks etdirmir” - məlumatda qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər