4 Mart 11:41
1 022
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda polis oğurluq, soyğunçuluq və quldurluq edən şəxsin tutulması üçün əməliyyat keçirib.

Teleqraf.com xəbər verir ki, Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə metro stansiyasında bir qadının içərisində pulu, bank kartı və sənəd olan çantasını oğurlamaqda və bank kartından pul çıxarmaqda şübhəli bilinən Tural Məmmədov və bir qadın müəyyən olunaraq saxlanılıblar.

Bundan başqa, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Maştağa qəsəbəsi ərazisində bir evdən 4360 manat dəyərində məişət əşyaları və inşaat materialları oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Azər Abdullayev müəyyən olunaraq saxlanılıb.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində evlərin birindən 6000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən İlkin Muradov müəyyən olunaraq saxlanılıb.

Bundan əlavə, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə martın 3-nə keçən gecə bir köşkdən 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Elşad Rzayev saxlanılıb.

Nəsimi rayonu ərazisində bir nəfərin pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaur İsmayılov müəyyən olunaraq saxlanılıb.


Müəllif: Hacı Zeynalov