13 Aprel 22:36
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Sumqayıt şəhərində ümumi sahəsi 64 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd televizor, 1 ədəd kondisioner,1 ədəd xalça və döşəmə 6 m² sahədə yanıb.

Yüksək temperaturdan eyvanın plastikdən ibarət qapısı əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com