22 May 22:40
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 120 m² olan obyektin (emalatxana kimi fəaliyyət göstərir) içərisində 1 ədəd çap aparatı və 1 ədəd elektrik tənzimləyicisi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, obyekt yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com