10 İyun 2015 18:11
622
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kommunistlər hesab edir ki, “demokratik müxalifət” qərbdəki ağalarına xidmət edir

Azərbaycan Kommunistləri və sosialistləri bəyanatla çıxış edib.

Teleqraf.com xəbər verir ki, sənəddə radikal müxalifət kəskin tənqid edilir:

“Avropa oyunlarının başlamasına az vaxt qalıb. Bu oyunların ilk dəfə olaraq bizim ölkədə keçirilməsi hər bir Azərbaycan vətəndaşının fəxr duyduğu bir hadisədir. Avropa Olimpiadasının yüksək səviyyədə keçiriləcəyinə və Azərbaycan idmançılarının orada yüksək nəticələr əldə edəcəklərinə inanırıq. Lakin özlərini “demokratik müxalifət” adlandıran siyasətbazların bu oyunları boykot etməyə çağırışları bir daha onu göstərir ki. onlar Azərbaycana və Azərbaycan xalqına yox, Qərbdəki ağalarına xidmət edir, onların sifarişlərini yerinə yetirirlər. Bu cür hərəkətləri səciyyələndirmək heç də çətin iş deyil. Sırf şəxsi maraqlarını önə çəkərək xalqın mənafeyini satanların bir adı var – xainlər!.

Azərbaycan kommunistləri və sosialistləri olaraq, biz Avropa oyunlarının yüksək səviyyədə keçirilməsində xidməti olan hər kəsə minnətdarlığımızı bildiririk və idmançılarımıza yüksək nəticələr arzu edirik!

Cavidan


Müəllif:

Oxşar xəbərlər