2 İyun 2014 13:52
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin daha 5 deputatı Türkiyənin Manisa vilayətinin Soma rayonunda baş verən faciə ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı yardım kampaniyasına qoşulub.

Teleqraf.com-un məlumatına görə, deputatlar Ərəstun Cavadov, Sabir Rüstəmxanlı, Əliağa Hüseynov, Fəttah Heydərov və Aqiyə Naxçıvanlı cəmiyyətin bank hesabına müvafiq olaraq 300 AZN (380 USD), 156 AZN (200 USD), 390 (500), 390 (500) və 300 AZN (380 USD) köçürüblər.

Ümumilikdə, bugünədək Azərbaycan Qızıl Aypara Cəmiyyətində Soma üçün 32493 AZN və ya 41389 USD məbləğində pul yığılıb.

Səxavət


Müəllif: