18 Fevral 2016 13:20
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Biz Ankarada baş verən terror aktını pisləyirik və qardaş ölkə Türkiyənin yanındayıq”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Nazir təəssüfləndiyini dilə gətirib, deyib ki, Ankarada törədilən terror aktı ilə əlaqədar ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana nəzərdə tutulan səfəri təxirə salınıb: “Bilirsiniz ki, ötən gün Ankarada törədilən terror aktı ilə əlaqədar Azərbaycana gözlənilən böyük səfər təxirə salındı. Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana edəcəyi səfər idi. Türkiyə ilə Azərbaycan strateji müttəfiq və dost ölkələrdir. Biz Ankarada baş verən terror aktında həlak olanların ailələrinə bir daha başsağlığı veririk və bu terroru pisləyirik”.

Məmmədyarov qeyd edib ki, Azərbaycan da terrora məruz qalan ölkədir: “Azərbaycan 20 ildən çoxdur ki, erməni terroruna məruz qalır. Ermənilərin Xocalıda törətdiyi terror aktı zamanı günahsız, dinc insanlarımız həlak olub”.


Nazir vurğulayıb ki, Azərbaycanla Türkiyə strateji müttəfiq ölkələrdir: “Bizim vacib strateji əməkdaşlığımız mövcuddur.

Eyni zamanda, Azərbaycan və Türkiyə hər zaman bir-birini müdafiə edən və dəstəkləyən ölkələrdir”.


Müəllif:

Oxşar xəbərlər