24 Fevral 2016 16:09
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları Rauf Əliyev və Rasim Musabəyov Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün bu gün İsrailin Tel-Əviv şəhərinə səfər edib.

Teleqraf.com xəbər verir ki, tədbirlər Heydər Əliyev Fondunun dəstəyi ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası tərəfindən həyata keçirilir. Anım mərasimləri zamanı İsrail Knessetinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Aviqdor Libermanın təşəbbüsü ilə Xocalı faciəsi nəticəsində həlak olanların xatirəsinə Prezident Meşəsində 600-dən çox ağac əkiləcək. Millət vəkilləri Xocalı hadisələri, Dağlıq Qarabağ münaqişəsi barədə mərasim iştirakçılarına geniş məlumat verəcəklər.

Deputatlar səfər çərçivəsində keçiriləcək digər tədbirlərə də qatılacaqlar.

Səfər fevralın 27-də başa çatacaq.

Nemət


Müəllif: