2 İyul 2014 13:20
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə klubu argentinalı futbolçu Angel Di Marianı almağı hədəfləyib

Türkiyənin “Qalatasaray” klubu hollandiyalı futbolçu Sneyderin yerini argentinalı “sürət maşını” Angel Di Mariana ilə doldurmağı planlaşdırır.

Klubun İdarə Heyətinin toplantısında qərara alınıb ki, 30 yaşlı Sneyderi sataraq onun yerinə 26 yaşlı Di Maria alınsın. Sneyder ilə hazırda İngiltərənin “Mançester Yunayted” və Fransanın “Monako” klubları maraqlanır.

“Qalatasaray” hollandiyalı futbolçunu bu klublardan birinə 26 milyon avroya satmaq niyyətindədir. Onun yerinə isə İspaniyanın “Real Madrid” klubunun oyunçusu Di Marianı transfer etməyi hədəfə alıb.

Qeyd edək ki, “Real Madrid”in Di Marianın yerinə kolumbiyalı futbolçu Ceyms Rodriqezi transfer etmək istədiyi bildirilir. /ANS PRESS/


Müəllif: