Hollandiya millisinin futbolçusu Aryen Robben DÇ-2014-ün 1/4 finalında Kosta-Rika ilə matç öncəsi FİFA-nın saytına danışıb.
O, Braziliyaya istirahət yox, uğur qazanmaq üçün gəldiklərini deyib:
"İstədiyim futbolu oynaya bilirəm. Komandama kömək edə bildiyimə görə sevinirəm. Dünya çempionatına istirahət üçün gəlməmişik. Turnir başlamazdan əvvəl bizim bu mərhələyə qədər yüksələcəyimizi gözləmirdilər. 1/4 finalda oynayacağımıza görə qürur duyuruq".
A. Robben Kosta-Rikanın güclü rəqib olduğunu da bildirib:
"Onlar İtaliya, İngiltərə və Uruqvay kimi komandaların mübarizə apardığı qrupdan çıxaraq necə komanda olduqlarını sübut etdilər. İndiyə kimi yaxşı oyun nümayiş etdiriblər. Kosta-Rikanı məğlub etmək üçün yaxşı hazırlaşmalıyıq"./qol.az/