19 İyul 2014 00:22
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Siti" klubunun yarımmüdafiəçisi Yaya Ture komandadan gedəcəyi ilə bağlı yayılan xəbərlərə son qoyub.

31 yaşlı futbolçu komandasıyla 2017-ci ilə qədər müqavilə yeniləyib.

Bununla bağlı açıqlama verən Fil Dişi Sahili yığmasının futbolçusu "Mançester Siti"də qaldığı üçün xoşbəxt olduğunu bildirib:

"Mançester Siti" hər zaman mənə ailəm kimi doğma olub. Komandadan gedəcəyimlə bağlı yayılan xəbərlərə əhəmiyyət vermirdim. Hər zaman müqaviləm haqda düşünür və "Mançester Siti"də mümkün qədər daha uzun müddət qalmağı planlaşdırırdım. Həyatda puldan da vacib şeylər var. Burada qaldığım üçün çox xoşbəxtəm. Növbəti mövsüm futboldan daha çox zövq almağa çalışacam. Komanda yaxşı hazırlaşıb və gələn mövsüm çempion olmağa çalışacağıq"

Qeyd edək ki, 2010-cu ildən "Barselona"dan "Mançester Siti"yə transfr olunan Ture 134 oyunda 38 dəfə rəqib qapılarına yol tapıb./qol.az/


Müəllif:

Oxşar xəbərlər