10 Mart 21:17

“Almaniya” millisinin və İngiltərənin “Arsenal” klubunun futbolçusu türk əsilli Məsud Özil yazdığı kitabda öz həyatı ilə bağlı maraqlı məlumatlara yer verib.

Teleqraf.com xəbər verir ki, kitabında bir zamanlar Həcc ziyarətində olduğu üçün onu tənqid edən Sağ Partiya sədrini də cavabsız qoymayan futbolçu “Ona görə İslam Almaniyanın bir parçası deyil. Mən ona cavab vermək istəmirəm. Cavab versəm, onu qiymətə mindirmiş olaram”, - yazıb.

Məsud özünəməxsus xüsusiyyətlər haqda da geniş məlumat verib: “Meydançaya həmişə birinci sağ ayağımı qoyuram, sol ayağımı qoysam, oynaya bilmərəm. Solaxay olmağıma baxmayaraq, yeməyi sağ əlimlə yeyirəm. Bunların dini açıqlaması da var. Sağ əl təmiz əldir, sol əllə isə çirkli şeyləri təmizləyərlər. Məsələn, dişlərimi sol əlimlə fırçalayıram”.


Müəllif: Cabbar
Загрузка...