20 Fevral 2021 00:38
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Bruno Fernandes həftənin ən yaxşısı elan edilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Portuqaliyalı futbolçu İspaniyanın “Real Sosyedad” klubuna 4:0 hesabıyla qalib gəldikləri oyunda dubla imza atıb.

Qeyd edək ki, həftənin ən yaxşısı adına “Tottenhem”dən (İngiltərə) Qaret Beyl, “Hoffenhaym”dan (Almaniya) Munas Dabbur və Zaqreb “Dinamo”sundan (Xorvatiya) Bruno Petkoviç də namizəd idi.


Müəllif: Teleqraf.com