Almaniyada təşkil olunan Avropa çempionatının 1/8 final mərhələsinin Portuqaliya - Sloveniya matçında insident baş verib.
Teleqraf.com xəbər verir ki, "Frankfurt Arena"da baş tutan oyun zamanı stüardlar azarkeşlərdən birini döyüblər.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. UEFA hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, Portuqaliya - Sloveniya matçında birincilər penaltilər seriyasında qalib gələrək (3:0) 1/4 finala vəsiqəni təmin ediblər.//Report