İngiltərənin "Mançester Yunayted" klubu yeni baş məşqçisini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda Ruben Amorimə tapşırılıb.
39 yaşlı portuqaliyalı mütəxəssis bu postda Erik ten Haqı əvəzləyib.
Qeyd edək ki, Ruben Amorim son olaraq ölkəsində "Sportinq"də işləyib.