Tanzaniyalı boksçu Hassan Mqaya yarış zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Boks Şurasının (WBC) mətbuat xidməti məlumat yayıb.
Dekabrın 27-də 29 yaşlı idmançı yüngül çəkidə həmyerlisi Pol Eliasla görüşdə nokautla məğlub olub. Aldığı zərbələrdən yıxılarkən dilini dişləyib. Boksçuya hadisə yerində tibbi yardım göstərilsə də, ertəsi gün vəziyyəti pisləşib. O, xəstəxanada ölüb.
Hassan Mqaya peşəkar rinqdə doqquz görüş keçirib. O, üç qələbə və dörd məğlubiyyət qazanıb, daha iki döyüşü isə heç-heçə ilə yekunlaşıb.