"Real Madrid"in braziliyalı hücumçusu Vinisius İspaniya çempionatının 12-ci turunun "Valensiya" ilə oyununda qırmızı vərəqə aldığı üçün üzr istəyib.
Teleqraf.com xəbər verir ki, o bu barədə o, sosial şəbəkədə yazıb.
"Bağışlayın və təşəkkür edirəm, komanda" - paylaşımda qeyd olunub.
79-cu dəqiqədə 0:1 hesabı ilə qalib gələn braziliyalı rəqib qapıçı Stole Dimitrievskini itələdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Bununla belə, qalan vaxtda komanda iki dəfə fərqlənə bilib və 2:1 hesabı ilə qalib gəlib.
İspaniya çempionatının turnir cədvəlində 19 görüşdən sonra "Real" 43 xalla lider olub.