Azərbaycan Premyer Liqasında çıxış edən “Sabah” klubu özbəkistanlı futbolçu Umarali Rahmonaliyevi heyətinə qatıb.
Teleqraf.com klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Rubin”də forma geymiş özbəkistanlı yarımmüdafiəçi ilə anlaşıb.
23 yaşlı futbolçu 1 illik icarəyə götürülüb.
Qeyd edək ki, Umarali Rahmonaliyev cari mövsüm “Rubin”in heyətində Rusiya çempionatında kubokla birgə 7 matçda iştirak edib. O, karyerası ərzində Özbəkistanın “Bunyodkor” komandasında da çıxış edib. 21 yaşlı yarımmüdafiəçi Özbəkistanın U-23 millisinin üzvüdür. O, yığmada 16 oyun keçirib, 3 qol vurub.