18 İyun 2016 13:15
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda icra olunan “Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanları Layihəsi”nə 66,7 mln. ABŞ dolları dəyərində əlavə maliyyələşdirməni təsdiqləyib.

Bu barədə Teleqraf.com-a Bankın Azərbaycan nümayəndəliyindən məlumat verilib.

Məlumatda deyilir ki, layihənin məqsədi məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və onların iqtisadi cəhətdən özlərini təmin etmə imkanlarının artırılmasından ibarətdir: “Azərbaycan əhalisinin təxminən 7%-i məcburi köçkün hesab edilir və onlar cəmiyyətin ən həssas hissələrindən birini təşkil edir. Bir sıra məcburi köçkünün hələ də keyfiyyətli infrastruktur, sosial xidmətlər və iş imkanlarına əlyetərliyi kafi səviyyədə deyil. Bu əlavə maliyyələşdirmə məcburi köçkünlərin, eləcə də məcburi köçkün olmayan əhalinin yerli, baza infrastrukturu, yaşayış şəraiti, gəlirləri, bacarıqları və iş imkanlarının təkmilləşdirilməsinə Dünya Bankının dəstəyinin davam etdirilməsi məqsədi daşıyır”.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildə DB-yə qoşulub. Bu vaxtdan etibarən Azərbaycanın ümumilikdə 55 layihə üzrə öhdəlikləri 3 mlrd. dollardan artıqdır. Bankın Azərbaycandakı cari layihə portfeli 11 aktiv layihədən ibarətdir.

İlhamə


Müəllif:

Oxşar xəbərlər