Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Teleqraf.com-un məlumatına görə, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,76 dollar ucuzlaşaraq 43,04 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,77 dollar azalaraq 45,77 dollar olub.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,75 dollar bahalaşaraq 47,73 dollar təşkil edib.